Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Pakistanla neft və neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.
“İki sahil” bu barədə SOCAR-a istinadən xəbər verir.
Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Pakistan İslam Respublikasının Milli İdarəçilik Kursunun iştirakçıları ilə bu gün keçirilən görüşdə aparılıb.
Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında insan resursları sahəsində təcrübə mübadiləsi üzrə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, rəqəmsallaşma, dekarbonizasiya, ədalətli enerji keçidi, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Ölkələr arasında dostluq münasibətləri və yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb