Azərbaycanın SPECA ölkələri (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ilə ticarət dövriyyəsi ötən il 3,6 dəfə artaraq 1,3 mlrd. dollara çatıb. Bu ilin ilk on ayında isə bu rəqəm 1,2 mlrd. dollara çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16% çoxdur.
“İki sahil” xəbər verir ki, bunu SPECA İqtisadi Forumu çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Bundan əlavə, Azərbaycan ixracın həcminə görə də müsbət nəticələr nümayiş etdirib. Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk on ayında Azərbaycanın SPECA-nın iştirakçı ölkələrinə ixracı təxminən 82% artıb.
“Resurslarla zənginlik Azərbaycanın region ölkələri ilə, xüsusilə Qazaxıstan, Özbəkistanla ticarət əlaqələrini daha da genişləndirilməsinə, iqtisadi əməkdaşlığa töhfə verir”- iqtisadiyyat naziri əlavə edib.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb