Geniş təbii sərvətləri və kənd təsərrüfatı məhsulları olan Qazaxıstan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) üzv ölkələr içərisində Azərbaycanın ən əhəmiyyətli tərəfdaşlarından biridir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan Qazaxıstandan bir sıra məhsullar idxal edir: "Qazaxıstandan ölkəmizə taxıl və faydalı qazıntı məhsulları da daxil olmaqla, nəqliyyat vasitələri, neft-kimya məhsulları ixrac olunur. Hər iki ölkə zəngin enerji resurslarına malikdir. İki ölkənin də ticarəti çoxşaxəlidir. Azərbaycan və Qazaxıstan arasındakı tərəfdaşlıq iqtisadiyyatımızın artımına töhfə verir. Sənaye sektorunda əlavə inkişafın təmin edilməsinə imkanlar yaradır".
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb