Biz daha dayanıqlı gələcəyi təmin etmək üçün yaşıl və dayanıqlı nəqliyyat sistemlərinə, bərpa olunan enerji mənbələrinin inteqrasiyasına və karbon emissiyalarının azaldılmasına sərmayə qoymalıyıq.
“İki sahil” xəbər verir ki, bunu SPECA İqtisadi Forumu çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi gözardı edə bilməyəcəyimiz qlobal problemdir. Bu məsələ investisiyalar zamanı nəzərə alınmalıdır.
“SPECA proqramı kontekstində enerji əlaqəsi təkcə elektrik enerjisinin ötürülməsi və ya neft və qaz axını ilə bağlı deyil, qlobal əlaqə mərkəzi kimi regionumuzun bütün potensialını açmaq üçün açardır”- nazir əlavə edib.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb