Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıraraq 410 milyon dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,9 faiz azaldaraq 42,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub. Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb