Azərbaycan açıq dənizə çıxışı olmayan SPECA-ya (Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) üzv ölkələrinə infrastrukturlarının tam şəkildə inteqrasiyasının təklif edib.
“İki sahil” xəbər verir ki, bu təkliflə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda çıxış edib.
"Bizim qonşularımızın qarşısında eyni bir çağırış var və bu, açıq dənizə çıxışın olmamasıdır. Beynəlxalq ticarətdə belə imkanın olmaması müəyyən məhdudiyyətlər ortaya çıxarır.
Biz, belə olan halda bu dövlətlərin infrastrukturunun tam şəkildə inteqrasiya olunması, onlardan tam istifadə edilməsi üçün əməkdaşlıq etməyə hazırıq. Bizim Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbisili-Qars dəmir yolu kimi layihələrimiz bu əməkdaşlıqda mühüm rol oynayacaq", - deyə nazir qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb