Azərbaycanda gələn il bələdiyyələr üçün 12,5 milyon manat dotasiya nəzərdə tutulsa da, bu məbləğ onların maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil.
“İki sahil” xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Bu məsələyə fərqli rakursdan yanaşmaq lazımdır. Yaxşı olar ki, bələdiyyələr üçün dünyadakı vergiyığma təcrübəsi tətbiq olunsun, onlar müxtəlif mənbələr hesabına vergi toplaya bilsinlər. Xüsusilə təklif edərdim ki, fiziki şəxslərin ödəyə biləcəyi avtomobil vergisi, bələdiyyələrin mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamından əldə olunan gəlirlər və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrə verilsin. Belə maliyyə mənbələri formalaşsa, bələdiyyələrin də fəaliyyəti doğru istiqamətdə qurula bilər", - deyə o qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb