2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin artırılması nəzərdə tutulsa da, bu, ölkənin əsas fiskal siyasət sənədinin əsasını təşkil edən büdcə qaydasının hədəflərinə xələl gətirmir.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Hazırda Azərbaycanın neft gəlirlərinin azalması prosesi gedir ki, bu da iki amillə bağlıdr. Biri qlobal dekarbonlaşma meylləri, digəri isə neft yataqlarımızdan hasilatın azalmasıdır. Bunlar, büdcə gəlirlərinə mənfi tərsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində də qeyri-neft sektorundan daxilolmaların artması nəzərdə tutulub, əhəmiyyətli artım gözlənilir. Amma bu artımlar neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr var. Bu vəzifələr əsasən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Bu məqsədlə büdcədən hər il vəsaitin təmin edilməsi vacibdir. Hesab edirəm ki, ARDNF-dən transfertin bir qədər artması makro-iqtisadi sabitliyə xələl gətirməyəcək dərəcədə, kifayət qədər əsaslıdır", - deyə o qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb