Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində nümayiş etdirilir.
Dövlət Turizm Agentliyindən "İki sahil"ə verilən xəbərə görə, xüsusi formada dizayn edilmiş milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, milli mətbəx nümunələri, ekoturizm, dağ-xizək mərkəzləri, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.
Milli stenddə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.
Beynəlxaq sərgi çərçivəsində iştirakçı turizm sənayesi nümayəndələri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "Dünya səviyyəli dayanıqlı destinasiya və xidmətlərin yaradılması" mövzusunda keçirilən panel diskussiyada iştirak edib.
Bundan əlavə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.
Noyabrın 22-dək davam edəcək sərgidə 60 ölkədən dövlət və özəl sektoru təmsil edən 250 turizm sənayesi nümayəndəsi iştirak edir və sərgiyə 9 mindən çox ziyarətçinin qatılacağı planlaşdırılır.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb