22 noyabr 2023 00:28
466

Qəzza zolağında SON VƏZİYYƏT

Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi ilə bağlı aparılan danışıqlarda irəliləyiş var. Bu məsələ ilə bağlı qərarı siyasətçilər verməlidirlər, İsrail əsgərləri istənilən ssenariyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib.

“Razılaşma ilə bağlı irəliləyiş var, hər şey siyasətçilər və hökumət tərəfindən müzakirə edilməli və təsdiqlənməlidir. Mən İsrail ordusunun nümayəndəsiyəm, indi diqqətimizi döyüş əməliyyatlarına yönəltmişik”, - deyə o, brifinqdə diqqətə çatdırıb.