Neft-qaz resurslarının vaxtaşırı siyasi proseslərin alətinə çevrilməsi qlobal müstəvidə enerji təhlükəsizliyinə xələl gətirir.
“İki sahil” xəbər verir ki, bunu SPECA İqtisadi Forumunda çıxışı zamanı energetika nazirinin müavini Samir Vəliyev bildirib.
Onun sözlərinə görə, son illər neftin qiymətinin dəyişikliyi ilə bağlı proseslərdə geosiyasi amillərin artan rolu və neft bazarında müşahidə olunan qeyri-sabitlik buna nümunədir.
Nazir müavini qeyd edib ki, son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu artır, lakin burada enerji təhlükəsizliyi, mənbə və marşrutların diversifikasiyası kimi məsələlər ön plana çıxır.
"Tarixi neft-qaz ölkəsi olan Azərbaycanda enerji siyasətini yeni çağırışlara uyğunlaşdırmaqla enerji təhlükəsizliyi məsələsinə çoxşaxəli yanaşmağa çalışır", - Samir Vəliyev qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb