Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında 23,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
"İki sahil" Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.
9 aylıq əməliyyatların 21 milyard ABŞ dolları nağdsız, 2,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6 % və 29,2 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 79 %-i ABŞ dollarında, 21 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,6 %-i ABŞ dollarında, 16,4 %-i digər valyutalarda baş tutub.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb