Energetika Nazirliyi yanında yeni tərkibdə yaranmış İctimai şuranın ilk iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda İctimai şuranın fəaliyyətinin təşkilinə dair məsələlər müzakirə edilib, şuraya sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib.
İki il fəaliyyət göstərəcək İctimai şuraya “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Nəsirov Şaban Fəxrəddin oğlu sədr, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Abdullayeva Mehriban Əli qızı sədr müavini, “Ulduz” informasiya - kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri Həsənov Samir Hüseynağa oğlu isə katib seçilib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb