SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) regionu enerji bağlantısı baxımından sürətlə irəli gedə biləcəyi dünyanın nadir regionlarından biridir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin ESCAP təşkilatının enerji şöbəsinin nümayəndəsi Anna Lobanova bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.
"Biz əgər enerji keçidindən danışırıqsa burada iki əsas istiqamət var. Birinci daha təmiz enerji sistemlərini qurmalıyıq, ikincisi enerji sistemlərimizdə elektrifİkasiyanı təmin etməliyik. Bunlar çox vacib alətlərdir və yan-yana getməlidirlər. Eyini zamanda enerji sistemlərinin şaxələndirilməsinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Əgər biz bərpa olunan resurslar haqqında danışırıqsa, biz günəş və külək enerjisinin olduğunu əlbəttəki bilirik, lakin bu zaman enerji bağlantıları necə olacağı, şəbəkənin formalaşdırılması vacibdir", - deyə A. Lobanova qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb