2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmiryol nəqliyyatı ilə 5 milyon 614,7 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə, sərnişin daşınmasında 41,5 faiz artım müşahidə olunub.
Ümumilikdə 2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 552,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb