Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və "yaşıl iqtisadiyyat" üzrə SPECA-nın ((BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) beynəlxalq tədqiqat mərkəzinin yaradılması və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bu məsələdə əlaqələndirici rol oynaması təklif olunub.
“İki sahil” xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.
SPECA ölkələrinə təkliflərini səsləndirən rektor bildirib: "Təkliflərimizdən biri SPECA-nın şəhərlər forumunun təşkil olunmasıdır. Bu, bir sıra beynəlxalq proqramlarda iştirak edən SPECA şəhərlərinin dayanıqlı, ağıllı, sağlam şəhərlər barədə təcrübələrini bölüşmək, əməkdaşlıq imkanlarını gücləndirmək baxımından əhəmiyyətlidir. Bundan əlavə, SPECA ölkələri maliyyə təsisatları ilə DİM üzrə tərəfdaşlıq əlaqələri yaratmalıdır".
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb