Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə daxili audit fəaliyyətinin həyata keçirilməsi üzrə risk əsaslı yanaşmanın müəyyən edilməsi üçün meyarlar hazırlanıb.
“İki sahil” bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün qurumun nəzdindəki “Daxili audit işi üzrə Ekspert Qrupu” üzvlərindən formalaşdırılmış “İşçi qrup”un ilk görüşü keçirilib. Görüşdə sözügedən məsələ ilə bağlı növbəti görüşədək hesablama metodologiyasına dair təkliflərin formalaşdırılmasına qərar verilib, həmçinin “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılıb.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb