Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏyə əsasən, qurumun 3 faəliyyət istiqaməti olacaq.
“İki sahil” xəbər verir ki, bunlar aşağıdakılardır:
- müvafiq sahənin inkişafını və təkmilləşdirilməsini təmin etmək;
- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə digər hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
- əhalinin mobilliyinin səmərəli təşkili məqsədilə tədbirlərin həyata keçirilməsini təmin etmək.
Nəqliyyatı Əlaqələndirmə Şurası onun yaradılması haqqında dövlət başçısının 19 aprel 2023-cü il tarixli sərəncamına uyğun olaraq ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin, əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır.
Şura öz fəaliyyətində Konstitusiyanı, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, yerli qanunları, Prezidentin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur, öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, habelə digər hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, onun qərarlarının icrası Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir. Şuranın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü var. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb