2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.9% azalaraq 11 222 ton , dəyər baxımından isə 5% azalaraq 58 milyon 447 min dollar təşkil edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 2.8 dəfə azalaraq 586.38 ton, dəyər baxımından isə 47% azalaraq 5 milyon 340 min dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 10 milyon 153 min dollar dəyərində 1626 ton çay ixrac, 61 milyon 492 min dollar dəyərində isə 11 930 ton çay idxal edib.
Əlavə edək ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,41%-ni təşkil edib. Bu dövrdə idxal ixracı 19.2 dəfə üstələyib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb