23 noyabr 2023 09:09
230

Gəncədə 19 yaşlı oğlanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü Adil Allahverdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.