Energetika nazirinin müavini Samir Vəliyevlə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin arasında görüş olub.
“İki sahil” xəbər verir ki, görüşdə SPECA regionunda enerji təhlükəsizliyi və enerji keçidi məsələləri, dayanıqlı və karbon neytral enerji sistemlərinin qurulmasında çoxtərəfli əlaqələrin rolu, yaşıl texnologiyaların tətbiqi kimi istiqamətlər müzakirə olunub.
Nazir müavini Azərbaycanda həyata keçirilən enerji siyasəti və islahatlar, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən son tədbirlər, eləcə də Avropaya “yaşıl enerji” və “yaşıl hidrogen” ixracı planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan eyni zamanda 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmaq barədə könüllü öhdəlik götürüb.
Görüş çərçivəsində Azərbaycan ilə UNECE arasında enerji sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, münasibətlərin daha da möhkəmləndirilməsinə maraq ifadə olunub.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb