2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına azı 2,4 milyard ABŞ dolları ayrılacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, artıq bu məqsədlər üçün Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib.
"Bu kontekstdə biz Füzuli şəhərində tikilən məktəbə görə Özbəkistana və əməkdaşlığa görə Qazaxıstana təşəkkür edirik. Bütün bunlar xalqlarımız arasında dostluğun, qardaşlığın əlamətidir", - deyə nazir əlavə edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb