2023-ci il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 459.7 mln. manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, cari ilin oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 0,8% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 15,4% və ya 2 mlrd. 988.9 mln. manat artıb. Belə ki, 2022-ci ilin oktyabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 19 470.8 mln. manat təşkil edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb