2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılıb. Bu dövrdə iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılan iş yerlərinin 80,4 faizi Bakı şəhərinin payına düşüb.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, yeni açılan iş yerlərinin 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılan iş yerlərinin 9,1 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər müəssisələr üzrə yaradılıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb