SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri yeni əməkdaşlıq üsulları və mexanizmləri müəyyən etməlidir.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistanın iqtisadiyyat və maliyyə naziri, baş nazirin müavini Cəmşid Kuçkarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.
"Azərbaycan proqram iştirakçısı olaraq bu il mühüm təşəbbüslərlə çıxış edib, tərəfdaşlığın genişləndirilməsi üçün mühüm tədbirlər görüb. Bu günə kimi SPECA böyük yol qət edib. Regional tərəfdaşlığın gücləndirilməsində, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında mühüm nailiyyətlər əldə edilib. BMT-nin Avropa İqtisadi Komissiyasının dəstəyi ilə SPECA ölkələri ticarət, nəqliyyat, energetika, su resursları, innovasiyalar, texnologiyalar, ekologiya və gender bərabərliyi sahəsində birgə proqramlar həyata keçirib.
Bütün bunları qeyri-sabit geosiyasi vəziyyətə, ticarət, nəqliyyat və logistika zəncirinin pozulmasına, investisiya və texnologiyalara məhdud çıxışa, iqlim dəyişikliyi və digər problemlərə baxmayaraq həyata keçirməyimiz olduqca əhəmiyyətlidir. Bununla belə biz SPECA olaraq yeni əməkdaşlıq üsulları və mexanizmləri müəyyən etmək istiqamətində iş aparmalıyıq. Bu, proqramının əsas məqsədlərlərinə və vəzifələrinə xidmət edir", - deyə C. Kuçkarov qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb