2024−2026-cı illər ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 % artırılaraq 10,7 milyon tondan 13.6 milyon tona çatdırılması hədəflənir.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, bu, mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları (qurumları) arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə baş tutacaq.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb