Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin, eləcə də tranzit yüklərin rəsmiləşdirilməsinin səmərəli qaydada aparılmasını təmin etmək məqsədilə infrastruktur təkmilləşdiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.
Fəaliyyət Planına əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyəti artırılacaq.
Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurları tətbiq ediləcək.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb