24 noyabr 2023 11:21
372

Qərbi Azərbaycan İcması Mirzoyanın müavininə cavab verib

Ermənistanın Xarici işlər nazirinin müavini Qarabağdan olan ermənilərin hüquqları kontekstində beynəlxalq mexanizmə ehtiyac duyulduğunu bildirmişdir.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“O, həm də bir daha azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə dair ölkəsinin məlum mövqeyini təkrar etmişdir.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir. Ermənistanın yenidən “beynəlxalq mexanizm” nağılını təkrar etməsi isə onun hələ də özünün yaratdığı illüziyalar içində yaşadığını göstərir”, - bəyanatda vurğulanıb.