25 noyabr 2023 14:19
296

Abşeronda təcili tibbi yardım maşını aşıb - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Şəhər ərazisindəki işıqforun qarşısında “Hunday” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən təcili tibi yardım avtomobili aşıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Trend