ABŞ prezidenti Co Bayden 1932-1933-cü illərdə Qolodomor zamanı həlak olan ukraynalıların xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden xatırladıb ki, İosif Stalin və onun rejimi sistematik olaraq Ukraynanın taxıl və kəndli təsərrüfatı məhsullarını müsadirə edib və Ukrayna taxılını Ukraynanın milli kimliyini boğmaq üçün SSRİ-nin digər regionlarına daşıyıb.
Amerika lideri vurğulayıb ki, Rusiya qoşunları Ukraynanın iqtisadiyyatını və müstəqilliyini məhv etməyə çalışır, əkin sahələrinə qəsdən ziyan vurur, taxıl anbarlarını və limanlarını məhv edir.