27 noyabr 2023 11:35
438

“TikTok”un “Shop” platforması ilk dəfə Yeni il alış-verişinə start verib

Amerika və bir sıra ölkələrdə fəaliyyət göstərən “TikTok” sosial şəbəkəsinin “Shop” platforması istifadəçiləri üçün ilk dəfə Yeni il alış-verişinə start verib.

"İki sahil”in xarici mediaya istinadən xəbərinə görə, artıq sosial şəbəkə platformasında yeni il məhsullarının endirimli qiymətlə satışına başlanılıb. Bəzi istifadəçilər “Tik-Tok”un bu yeniliyini bəyənməsə də, bəziləri bunun çox prestijli və ucuz olduğunu vurğulayıblar.

Qeyd edək ki, “TikTok”un rəsmi yaydığı açıqlamaya görə, hazırda “Shop” platformasının 200.000-dən çox satıcısı var. Bu platforma üçün yaradılan #TikTokMadeMeBuyIt həştəqinə görə isə təkcə noyabrda 77 milyarddan çox baxış olub.

Qeyd edək ki, ilk dəfə olaraq cari ilin snetyabrında Amerikada, daha sonra isə bir sıra ölkələrdə fəaliyyətə başlayan bu elektron ticarət platformasında kosmetika, geyim, kitab, ev əşyaları və s. üzrə satışlar həyata keçirilir.