28 noyabr 2023 09:41
330

Quba, Qusar və Xızı rayonlarına 14 santimetr qar yağıb

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən “İki sahil”ə bildiriblər ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.