28 noyabr 2023 15:27
174

Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb

Bu il 93 ümumtəhsil məktəbində inspeksiya aparılıb.

“İki sahil” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, bunların 52-si Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 41-i isə regional idarələr tabeliyindəki müəssisələrdə olub.

“Həmçinin, 28 məktəbəqədər təhsil müəssisəsində inspeksiya aparılıb. Monitorinqlərlə bağlı müvafiq hesabat həm təhsil müəssisələrinə, həm də nazirliyə təqdim olunub”.