29 noyabr 2023 00:11
210

Bu klub fəaliyyətini dayandıra bilər

Türkiyənin "Bursaspor" klubu fəaliyyətinə son verə bilər. 

“İki sahil” xəbər verir ki, klubun prezidenti Recep Güneş "Bursaspor"un yaşama şansı sıfırdır", deyə açıqlama verib. O, klubun 1,5 milyard TL borcunun olduğunu qeyd edib. Klub UEFA, CAS və TFF-yə şikayət ünvanlayaraq, Bursa təmsilçisini xilas etməyə çalışır. Gələn həftə qərar bəlli olacaq. 

Qeyd edək ki, TFF 2-ci liqada çıxış edən "Bursaspor" hazırda turnir cədvəlində 14-cü yerdədir. "Yaşıl timsahlar" 1963-cü ildə yaranıb. Komanda 1967-2004, 2006-2019-cu illərdə Türkiyə Super Liqasında çıxış edib. 2022-ci ilədək Türkiyə 1-ci Liqasında mübarizə aparan komanda, cari mövsümdən etibarən II Liqaya düşüb.