29 noyabr 2023 09:16
272

SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi.  “Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi” ifadəsi isə yüzlərlə məqalə və reportajın başlığına çevrilib. Dünyanın siyasi xəritəsində qalib xalqın ölkəsi olan və müasir dünya üçün aktual hesab edilən humanitar mesajları beynəlxalq münasibətlər sisteminə ötürən artıq tamamilə yeni Azərbaycan var. Əlbəttə ki, bu, bizim hamımızın uğurudur və əlbəttə ki, bu cür nailiyyətlər qaragüruhla yox, məhz diplomatik peşəkarlığın və ardıcıl siyasətin sayəsində əldə olunur. İllər, əsrlər sonra Azərbaycanın ən parlaq tarixi səhifəsini və unudulmaz Qələbəmizi yada salanlar məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını vurğulayacaqlar.

Zirvə görüşü son 25 ildə SPECA-ya  üzv  ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı:  “Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə olaraq Zirvə görüşünün keçirilməsi ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan rolunun, sözünün imzası qədər dəyərinin göstəricisidir. Azərbaycanın hər bir təşəbbüsü dostluğa, əməkdaşlığa yönəlib. 

Azərbaycanın regionda yaratdığı reallıqlar Mərkəzi Asiya ölkələrinin inkişafına öz müsbət təsirini göstərir. Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi, təhlükəsizlik məsələləri ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, regionda yeni reallıq yaradıldı.  Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin qarantına çevrilib. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana diqqət və marağını artırır, əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açır. 

   Son vaxtlar, Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasındakı daha sıx əməkdaşlıq  müşahidə edilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ortaq tarixi münasibətləri var və eyni zamanda, bu ölkələrin həm siyasi, həm də iqtisadi maraqları üst-üstə düşür. Və bu  yaxınlaşma prosesi dünya siyasətinin və iqtisadiyyatının  çox həssas, çətin bir dövründə baş verir.  Dünyada baş verən hadisələr bir daha  müxtəlif birliklərin, qurumların  praqmatik fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan SPECA proqramının iştirakçıları problemləri qarşılıqlı əlaqəni artırmaq yolu ilə aradan qaldırmaq niyyətindədirlər. SPECA proqramına daxil olan ölkələr ikitərəfli səviyyədə çox ciddi  əməkdaşlıq edir və bu əlaqələr çoxtərəfli formatlarda möhkəmlənir. Belə ki, Azərbaycan  və Mərkəzi Asiya ölkələri birgə əməkdaşlıq etdiyi platformalar, təkcə SPECA deyil, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi müxtəlif təşkilatlardır. 

   SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə  siyasi sabitlik amilinə diqqət çəkdi.  Siyasi sabitlik olmadan heç bir ölkənin iqtisadiyyatı inkişaf edə bilməz. Bütün ölkələri uğurlu  ölkə  saymaq olmaz. Elə ölkələr var ki, hər zaman hansısa “ağaya” ehtiyacı var, öz qonşularına ərazi iddiası irəli sürür, işğalçılıq  siyasəti həyata keçirir,  bölgədə sülh və təhlükəsizliyə əngəl yaradır.  Ölkə başçısı Zirvə görüşündə bu məsələni  xüsusi olaraq  vurğuladı: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.

Bütün bunlarla yanaşı danışıqda dünyanın müxtəlif bölgələrində gedən müharibələr,münaqişələr,qanlı toqquşmalardan da söhbət açılıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürdüyü, inkişaf, quruculuq proseslərinin uğurla həyata keçirildiyi vurğulanıb. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.       

Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Nuranə Nəbili,
YAP Xətai rayon təşkilatının "Şıxlinski 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü,
204 nömrəli məktəbin müəllimi