29 noyabr 2023 11:20
189

AMEA prezidenti tarixi şəxsiyyətlərlə bağlı araşdırmaların azlığından narazıdır

"Problemlərin öyrənilməsi ilə 99 %, ədəbi şəxsiyyətlərin öyrənilməsi ilə 1 % məşğuluq".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli noyabrın 29-da qurumun ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, tarix boyu keçilən və bundan sonra keçiləcək yolun problemləri mütləq öyrənilməlidir: "Tarixi şəxsiyyətlər barədə məlumatların toplanılması istiqamətində işlər zəifdir. Bu gün Babək, Koroğlu haqqında barmaqla sayılacaq kitab yoxdur. Bu da illərdən qalan problemlərdəndir. Ədəbi şəxsiyyətlərlə bağlı dissertasiya, məqalə, monoqrafiya yazılması işini sürətləndirmək lazımdır. Bütün bunlar qarşımıza qoyulan mühüm vəzifələrdən biridir".