29 noyabr 2023 13:04
128

Ukraynanın qələbəsi bizim marağımızdadır- Stoltenberq

"Ukrayna NATO-ya daha da yaxınlaşır".

“İki sahil” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-Ukrayna Şurası XİN rəhbərlərinin iclasından əvvəl Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə jurnalistlərə açıqlamasında deyib.

"Bu görüşümüz Ukraynanın NATO-ya daha da yaxınlaşdığını nümayiş etdirir. Biz bu iclasda Ukraynanın NATO-ya üzvlüyü yolunu müzakirə edəcəyik. Bütün müttəfiqlərimiz razılaşırlar ki, Ukrayna NATO-nun üzvü olacaq. Biz üzvlüyə gedən yolu, islahatları müzakirə edəcəyik. Həmçinin döyüş meydanındakı vəziyyəti və təcili ehtiyacları müzakirə edəcəyik.

Fürsətdən istifadə edib Ukrayna silahlı qüvvələrinin, siyasi rəhbərliyinin və Ukrayna xalqının cəsarətinə və qətiyyətinə heyranlığımı bir daha vurğulayıram. Siz Rusiya qüvvələrini şimal, cənub və şərq istiqamətindən geri otuzdurmusunuz, rus işğalçılarını ağır itkilər verməyə məcvur etmisiniz. Bütün bunlar Ukraynanın böyük qələbələridir.

Biz eyni zamanda Rusiyanı aşağı qiymətləndirməməliyik. İntensiv döyüşlərin getdiyini görürük. Biz yeni hava hücumlarına hazır olmalıyıq. Bizim Ukrayna ilə həmrəyliyimiz yalnız sözdə deyil, əməllərdə də təkrar olunmalıdır.

Biz Ukraynaya dəstəyi davam etdirməli və bunun həcmini artırmalıyıq. Ukraynanın qələbəsi bizim marağımızdadır", - Stoltenberq vurğulayıb.