29 noyabr 2023 13:29
173

Türkiyədə yeni evlənən gənclərə 2 il müddətinə güzəştli kredit veriləcək

Türkiyədə yeni evlənən gənclərə 2 il müddətində geriödəniş olmadan 150 min lira məbləğində güzəştli kredit veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Gazete”də dərc olunub.

Bildirilib ki, bu, pilot layihədir. Layihə öncə bu il fevralın 6-da zəlzələ baş vermiş ərazilərdə tətbiq olunacaq.

Məqsəd ailə institunun güclənməsi, gənclərin sosial rifahına dəstək verilməsidir.