29 noyabr 2023 14:31
159

Kreml: Putinlə Paşinyan arasında görüş hələ planlaşdırılmayıb

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş hələ planlaşdırılmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburq görüşünə gəlsə, Rusiya rəhbəri ilə görüş imkanı yaranacaq.