29 noyabr 2023 14:54
142

Stoltenberq: NATO Şurasının iclasında Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik

Belçikanın paytaxtı Brüsseldə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Ukraynanın alyansa üzvlüyü istiqamətində irəliləyiş, tələb olunan islahatlar və onların həyata keçirilməsi məsələsi müzakirə olunacaq.

"İki sahil” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında deyib.

“Bu gün bizim tarixi görüşümüz olacaq. NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclas keçiriləcək. Bu görüş Ukraynanın NATO-ya yaxınlaşdığını nümayiş etdirir. İclasda Ukraynanın üzvlük yoluna necə dəstək ola biləcəyimizi də müzakirə edəcəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun ehtiyacları və döyüş meydanındakı vəziyyət də nəzərdən keçiriləcək.