29 noyabr 2023 15:15
178

Armen Qriqoryan Gürcüstanın DİN rəhbəri ilə görüşüb

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstana səfərə gedib.

“İki sahil” xəbər verir ki, Armen Qriqoryan səfər çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

Gürcüstan DİN-in məlumatına görə, tərəflər regiondakı cari hadisələri, həmçinin təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

“Vaxtanq Qomelauri və Armen Qriqoryan iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də müzakirə ediblər. Görüş çərçivəsində Cənubi Qafqaz regionunun davamlı inkişafı üçün sülh və əməkdaşlığın vacibliyi vurğulanıb”, - məlumatda bildirilib.