29 noyabr 2023 15:54
144

Ərdoğan: Qərb ölkələrinin məsuliyyətsiz davranışlarının zərərini mülki insanlar görür

“Qərb ölkələrinin məsuliyyətsiz davranışlarının zərərini mülki insanlar görür”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Qərb terrorla mübarizədə qeyri-səmimi davranır: "Qəzzadakı vəziyyət də bunu göstərir. Rəsmi Ankara Qəzzadakı humanitar atəşkəsin davamlı sülhə töhfə verməsini istəyir. Bunun üçün də təmaslarımızı intensivləşdirəcəyik".