Gələn il Lənkəran, Gəncə və Sumqayıtda xüsusi innovasiya məkanlarının işə salınması, paytaxtdan kənarda yerli istedadlar və sahibkarlıq mərkəzlərin yaradılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitinin ikinci günündə rəqəmsallaşma ilə bağlı paneldə çıxışı zamanı deyib.
İ.Vəliyevanın sözlərinə görə, bununla yanaşı, yaxın zamanlarda Bakıda "Digital Hub" istifadəyə veriləcək: “Bu transformativ məkan tədqiqatçıları, sahibkarları, yaradıcıları, korporasiyaları, xidmət təminatçılarını, dövlət qurumlarını və innovatorları bir dam altında birləşdirən mərkəzi əlaqə rolunu oynayacaq. O, ideyaları məhsullara çevirmək, innovasiyaları, əməkdaşlığı və yaradıcı həlləri təşviq etmək üçün nəzərdə tutulub”.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb