Rəqəmsallaşma məsələsində Bakı ilə məhdudlaşmaq yanlış addım olar.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"nin ikinci günündə "Digital Horizon: Charting the path forward” mövzusunda panel müzakirələrində bildirib.
"Azərbaycanda rəqəmsallaşma ilə bağlı çox böyük addımlar atılıb. Bu addımların atılmasında təkcə mənim təmsilçisi olduğum nazirliyin yox, digər qurumların da rolu olub. Biz üzərimizə öhdəlik götürmüşük ki, 2024-cü ilin sonuna qədər Azərbaycanın bütün ərazisini genişzolaqlı internetlə təchiz edək. Hələ ki, buna 50-60 % nail olmuşuq. Bizim üzərimizə götürdüyümüz ikinci məsələ isə rəqəmsal bacarıqlar layihəsidir. Bunun icrası üçün müxtəlif qurumlar var. Bakı ilə yanaşı regionlarda da tədris mərkəzləri fəaliyyət göstərəcək. Artıq heç bir yerə getmədən insanlar bizim onlayn kurslarda iştirak edəcək. Amma bu, kifayət qədər deyil. Təbii ki, ən ali səviyədə iradə var ki, insanların rəqəmsal bacarıqlarını artırılması istiqamətində addımlar genişləndirilsin və inanırıq ki, biz buna nail olacağıq”, - deyə o qeyd edib.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb