Dekabrın 7-10-da Innovation Management and TRIZ Institute, Türkiyə Cümhuriyyətinin Qazi Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşəbbüsü ilə Bakı şəhərində "International Innovation Management and TRIZ Conference" (IIMTC) adlı elmi konfrans keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbirlə əlaqədar mətbuat nümayəndələri ilə görüş keçirilib.
Görüşdə iştirak edən konfransın təşkilat komitəsinin rəhbərliyi - MAA-nın yeni texnologiyalar üzrə prorektoru Dr. Xəqani Abdullayev, İnnovation Management and TRİZ İnstitute-nun (IMTI) İdarə Heyətinin sədri Prof. - Dr. Ali Kutvan gözlənilən tədbir haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat təqdim ediblər.
Daha sonra IIMTC-nın müasir dövrdə təhsil alanlara innovasiya texnologiyalarının, TRİZ ixtira alətlərinin (TRİZ- ixtira məsələlərinin həlli nəzəriyyəsi) təşviq edilməsinin əhəmiyyəti barədə danışılıb.
Qeyd olunub ki, tədbir beynəlxalq səviyyədə elm xadimləri, alim və tədqiqatçıların iştirakı ilə təşkil olunur və təqdim olunan məqalə və materiallar “Web of Science”, “Scobus”, EBSCO kimi beynəlxalq akademik indekslər vasitəsilə qeydiyyatdan keçiriləcək.
Bildirilib ki, tədbirin açılış mərasimində "TRİZ nəzəriyyəsi ixtira alətlərinin Ali Təhsil Müəssisələrinin tədris prosesində istifadə imkanları haqqında" adlı Panel Sessiyasının təşkili nəzərdə tutulur. Konfransda TRIZ nəzəriyyəsinin müəllifi, görkəmli ixtiraçı, yazıçı-fantast, bakılı Genrih Sauloviç Altşullerin xatirəsinə Şərəf Medalın IIMTC təşkilat komitəsi tərəfindən seçilmiş namizədlərə təltif etmə mərasimi keçiriləcək.
Konfransın ardıcıl olacağı və 2024-ci ildə Boston, 2025-ci ildə İstanbul, digər illərdə isə Seul, Berlin və Tokyoda keçiriləcəyi qeyd edilib. Həmçinin bildirilib ki, Təşkilat Komitəsi tərəfindən Altshuller şərəfinə yaxın zamanda Qərb Universitetində barelyef qoyulacaq.
Görüşün yekununda mətbuat işçilərinin sualları cavablandırılıb.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb