“Pakistan hökuməti 2030-cu ilə qədər tullantıları azaltmaq məqsədinə nail olmaq üçün ambisiyalarını gücləndirib”.
“İki sahil” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.
“İqlim dəyişikliyi bəşəriyyət üçün ekzistensial təhlükədir. Pakistan keçən il şiddətli daşqınlardan əziyyət çəkib. Qlazqoda keçirilən COP27 konfransında yenidən işlənmiş milli töhfələri təqdim edərək ambisiyalarımızı gücləndirdik”, - o bildirib.
Baş nazirin sözlərinə görə, bu il Pakistan bu məsələ ilə bağlı hərtərəfli milli plan təqdim edib, həmçinin iqlim və təbiətin qayğısına qalmaq təşəbbüsü ilə çıxış edib.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb