Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib.
Filarmoniyadan “İki sahil”ə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.
Gecədə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, onun sözlərinə bəstələnmiş romanslar yer alıb.
Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.
İlk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"