03 dekabr 2023 22:00
313

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə mərkəzi və məhəllədaxili küçələrin abadlaşması işləri mərhələli şəkildə davam etdirilir.

Şirvan Şəhər İcra Hakimiyyətindən “İki sahil”ə bildirilib ki, 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar N.Tusi, M.Müşfiq, M.Şəhriyar, Ə.Kürçaylı, Ş.İ.Xətai və Ç.Mustafayev küçələrində 12043,20 kvadratmetr asfalt-beton örtüyü vurulub. Hazırda aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtüyün dağılmış hissələri qazılıb çıxarılır, həmin hissələr çınqıl-qum qarışığı ilə doldurulur, yeni hamarlayıcı qat verilərək kipləşdirilir, asfalt-beton örtüyü üçün hazırlanır.