Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
“İki sahil” xəbər verir ki, ING 2023-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 1,2%-dən 0,6%-ə endirib.
ING 2024-cü ilin birinci rübü üzrə iqtisadi artımı 4%, 2-ci rübü üzrə 2,5% proqnozlaşdırıb. Ümumilikdə isə korporasiya qarşıdakı iki il üzrə proqnozunu isə dəyişməyib. Yəni, Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnoz 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edilib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb.
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb