Ukrayna “Neptun” kompleksi üçün raketin yeni modifikasiyası üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini, general-leytenant İvan Qavrilyuk bildirib.
Qavrilyukun sözlərinə görə, “Neptun” raketinin yeni versiyasının yaradılması üzərində iş davam edir.
Yerli “Defense Express” hərbi xəbər portalının fikrincə, güman etmək olar ki, söhbət “R-360” raketinin “Neptun” kompleksinə uyğunlaşdırılmasından gedir. Bununla da yerüstü hədəflərin məhv edilməsi nəzərdə tutulur.
Yeni raketin ehtimal olunan uçuş məsafəsi 400 kilometrə və döyüş başlığının çəkisi 350 kiloqrama çata bilər.
Tramp İsveçrədə ABŞ və İran arasında sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər
Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib